2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev 2024-cü il mart ayının 12-də, saat 10:00-da Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Samux Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-507-14-55) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Xızı rayonunda növbəti Aqrar Biznes Festivalı keçirilib
28 Iyun 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Siyəzəndə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
28 Iyun 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Qaxda vətəndaşları qəbul edib
28 Iyun 2024
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirlərinə başlanılıb
28 Iyun 2024
“İqlimə davamlı təcrübələr, dayanıqlı kənd təsərrüfatı və su idarəçiliyi sahəsində qadın və gənclərin rolu” mövzusunda konfrans keçirilib
28 Iyun 2024