Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları davam etdirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ordubad rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qəbulda vətəndaşların müraciətləri əsasən güzəştli şərtlərlə kreditin alınması, texnikanın güzəştli şərtlə əldə olunması, suvarma suyu ilə təminat, bağ sahəsinin qeydiyyata alınması, cins damazlıq heyvanların güzəştli şərtlə alınması və digər məsələlərlə bağlı olub.
AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra AXA sədri Ordubad rayonunun Qoşa Dizə kəndində fermer Nəcəfov Samir Cəlal oğluna məxsus heyvandarlıq təsərrüfatına və Baş Dizə kəndində İsgəndərov Bağı Nağı oğluna məxsus meyvə bağına baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb. Görüşlərdə heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yemlənməsi və meyvə bağlarında aparılan aqrotexniki tədbirlər barəsində fikir mübadiləsi aparılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Laçın rayonunda Aqrar Biznes Festivalı keçirilib
17 Aprel 2026
Azərbaycanda pambıq sahələrinin sığortalanmasına başlanılıb
17 Aprel 2026
İşğaldan azad edilmiş ərazilərdə keçirilən təlimlərin növbəti mərhələsi uğurla başa çatıb
17 Aprel 2026
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Bərdədə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
16 Aprel 2026
Latviya nümayəndə heyəti Şuşa və Xankəndidə aparılan yenidənqurma işləri ilə tanış olublar
16 Aprel 2026