Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığortadan faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır.
Aqrar Sığorta Fondu tərəfindən Ağsu və İsmayıllı rayonlarında müxtəlif hadisələr nəticəsində baş vermiş zərərlərə görə ödənişlər həyata keçirilib.
Ağsu rayonunun Kəndoba kəndində fermer Bəhruz Nəbiyevə arpa əkini sahəsinə dolu yağıntısı nəticəsində dəymiş zərərə görə 24 041 manat sığorta ödənişi edilib. Eyni zamanda rayonun Abasxanlı kəndində eyni səbəbdən buğda sahəsinə dəymiş zərərə görə fermer Rasim Məmmədov 2 297 manat sığorta ödənilib.
İsmayıllı rayonunda da təbiət hadisələrindən zərər çəkmiş sahələr üzrə sığorta ödənişləri davam edir. Rayonun Qubaxəlilli kəndində arpa sahəsinin bir hissəsi quşların hücumu nəticəsində məhv olduğuna görə fermer Nurəddin Əsədova 3 163 manat sığorta ödənişi edilib.
Qeyd edək ki, Azərbaycanda aqrar sığorta mexanizmi dövlət dəstəyi ilə həyata keçirilir. Meyvə bağları, əkin sahələri, iri və xırdabuynuzlu heyvanları sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə və Fondun bölgələrdəki filiallarına müraciət etmək lazımdır.
Təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatı www.asf.gov.az rəsmi vebsaytından almaq olar.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
14 Mart 2025
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Yevlaxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
13 Mart 2025
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Salyanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
13 Mart 2025
Tovuzda “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu keçiriləcək
12 Mart 2025
Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə “Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə keçiriləcək
12 Mart 2025