Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə səfərdə olan “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Ksaba Leyko ilə görüşüb.
Qonağı salamlayan nazir ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, əldə olunmuş nailiyyətlər, fermerlərə göstərilən dövlət dəstəyi, aqrar sahənin rəqəmsallaşdırılması, kənd təsərrüfatında süni intellektin tətbiqinə dair həyata keçirilən layihələr, ölkəmizdə mövcud olan əlverişli investisiya mühiti, biznes üçün yaradılmış münbit şərait, eləcə də aqrar sahənin inkişafı üçün müəyyən edilmiş strateji hədəflər barədə qonağa ətraflı məlumat verib.
Səmimi qəbula görə təşəkkür edən Ksaba Leyko təmsilçisi olduğu şirkətin uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini xatırladıb, mövcud olan səmərəli əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdə əməkdaşlıq perspektivlərinin geniş müzakirə olunduğunu qeyd edən şirkət rəhbəri pambıqçılıq, taxılçılıq, suvarma, logistika, mütəxəssis hazırlığı, texnika parkının yenilənməsi və digər istiqamətlərdə ölkəmizlə həyata keçirilə biləcək layihələr barədə danışıb.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyi və “John Deere” şirkəti ilə qeyd olunan sahələr üzrə əməkdaşlığa dair ilkin razılaşma əldə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıblar.
Kənd Təsərrüfatı Nazirliyində “Hədəf 130/80” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib
24 Noyabr 2026
Ağcabədidə aqrar sahənin inkişafı üçün yeni imkanlar yaradılır
24 Noyabr 2026
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb
24 Noyabr 2026
Bərdədə aqrar sahə üzrə Dövlət Proqramının icra vəziyyəti müzakirə edilib
24 Noyabr 2026
Zərdabda Dövlət Proqramının icrası və aqrar sahədə investisiya layihələri müzakirə olunub
23 Noyabr 2026