Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 14-də saat 09:00-da Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Biləsuvar, Salyan, Neftçala, Şirvan və Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən Biləsuvar, Salyan, Neftçala, Şirvan və Hacıqabul rayonlarının sakinləri Biləsuvar DAİM-ə (051-698-38-99) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Bölgələrdə ölkəmiz üçün xarakterik olmayan dabaq xəstəliyinin SAT-1 serotipinə qarşı peyvəndləmə tədbirləri davam edir
11 Dekabr 2025
AKİA sədri Yalçın Camalov Qubada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
11 Dekabr 2025
Azərbaycanda indiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
11 Dekabr 2025
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Ağdaşda vətəndaları qəbul edib, fermerlərlə görüşüb
11 Dekabr 2025
Bakıda növbəti “Mövsüm Yarmarkası” təşkil olunacaq
11 Dekabr 2025