2025-ci ilin ilk Aqrar Biznes Festivalı fevralın 19-da İmişli rayonunda keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin bölgələrdə keçirdiyi Aqrar Biznes Festivalları cari ildən davam edəcək.
Bu festivallar fermerlərin, kiçik və orta sahibkarların, kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalı ilə məşğul olan yerli və xarici şirkətlərin, eləcə də dövlət qurumlarının iştirakı ilə müxtəlif xidmət təklifi, innovativ məhsul və avadanlıqların əyani nümayişi şəklində həyata keçiriləcək. 2025-ci ildən bu festivallar ölkənin aparıcı banklarının tərəfdaşlığı ilə təşkil olunacaq.
Qeyd edək ki, ötən il Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin 12 iqtisadi rayonunu əhatə edən 33 rayonunda Aqrar Biznes Festivalları keçirilib. Sözügedən festivallarda 56 rayondan 17171 nəfər kənd təsərrüfatı məhsul istehsalçısı və emalçısı iştirak edib, fermerlərin maarifləndirilməsi istiqamətində aqrar sahənin prioritet sahələri üzrə ən qabaqcıl təcrübə və yeniliklərlə bağlı 32 təlim və 9 panel müzakirə təşkil olunub. Aqrar sahədə müasir innovativ yeniliklərin nümayiş olunduğu festivallar çərçivəsində bir sıra şirkət və fərdi sahibkar tərəfindən 6125000 manat həcmində satış həyata keçirilib, həmçinin kredit yarmarkalarında 6 bank tərəfindən 1662077 manat dəyərində kredit verilib.
Cari ilin ilk Aqrar Biznes Festivalı 19 fevral tarixində İmişli “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək. Festival çərçivəsində müxtəlif xidmət və məhsulların nümayişi ilə yanaşı, maliyyə qurumlarının iştiraki ilə “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr təşkil olunacaq.
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
04 Avqust 2026
Qaxda Aqrar Biznes Festivalı keçirilib
03 Avqust 2026
Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirləri intensivləşdirilir
01 Avqust 2026
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026