Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) təşkilatçılığı ilə Saatlı rayonunda “Pambıq bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda seminar keçirilib.
Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) təşkil edilmiş seminarda BMTBETİ-nin alim və mütəxəssisləri ilə yanaşı, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, Saatlı, Sabirabad, İmişli, Biləsuvar, Salyan rayolarından olan fermerlər iştirak ediblər.
Saatlı DAİM-in direktoru Ağa Əsədov rayon ərazisində pambıqçılıqda olan mövcud vəziyyət barədə seminar iştirakçılarını məlumatlandırıb. Fermerlərin üzləşdiyi problemlər və onların aradan qaldırılmasında fermerlərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.
BMTBETİ-nin direktoru, professor İbrahim Cəfərov Azərbaycanda pambıqçılığın böyük potensiala malik olduğunu, bu sahənin əməktutumluluq və gəlirlilik baxımından kənd təsərrüfatının aparıcı sahələrindən biri olduğunu bildirib. Pambıqçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirildiyini qeyd edən professor vurğulayıb ki, fermerlər hər il pambıq becərməyə daha çox maraq göstərirlər. Məhz buna görə də pambıqçılıqda məhsuldarlığın yüksəldilməsi mühüm vəzifə kimi qarşıya qoyulub. Qarşıda duran əsas vəzifələrdən biri də pambıq toxumçuluğu məsələləri üzərində çalışmaq və yerli sortlardan istifadəni genişləndirməkdir.
BMTBETİ-nin mütəxəssisləri Ələddin Tağıyev “Respublikada müxtəlif torpaq iqlim şəraitində yerli və introduksiya olunmuş pambıq sortlarının müqayisəli qiymətləndirilməsi”, İsmayıl Nəbiyev “Pambıq bitkisinin becərmə texnologiyası”, Xurşid Aslanova “Pambıq bitkisinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə üsullarının öyrənilməsi”, Səbuhi Eldarov “Pambıqçılıqda şoranlıq və quraqlıq stresləri, mübarizə tədbirlər” mövzusunda təqdimatlarla çıxış ediblər. Təqdimatlarda Azərbaycanda becərilən pambıq sortları, səpinqabağı becərmə işləri, çiyidin səpinə hazırlanması, səpinin aparılma qaydaları, pambığın becərmə texnologiyaları, seyrəltmə, ketmənləmə, kultivasiya, xəstəlik və zərərvericilər barədə məlumatlar yer alıb. Mütəxəssislər bildiriblər ki, fermerlər pambıq əkini zamanı toxum seçiminə diqqət etməli, əkin zamanı növbəlik prinsipinə mütləq əməl olunmalıdır.
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, “Prime Cotton” MMC və “Azərpambıq” MMC-nin nümayəndələri iştirakçılara öz təklif və tövsiyələrini veriblər.
“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı daha 163 mexanizatora ödənişsiz təlimlərə başlayır
14 Mart 2025
Aqrar Tədqiqatlar Mərkəzində akademik fəaliyyətlə məşğul olanlar, tədqiqatçılar, magistrant və doktorantlar üçün seminar keçirilib
14 Mart 2025
Mineral gübrələrin səyyar satış xidməti başlayıb
14 Mart 2025
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
14 Mart 2025
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Yevlaxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
13 Mart 2025