Aqrar Tədqiqatlar Mərkəzində 10-14 mart tarixlərində “Akademik yazı və kənd təsərrüfatına dair elmi jurnallarda məqalə nəşri sahəsində tədqiqatçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda beşgünlük seminar keçirilib.
Onlayn seminara Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının və digər tabeli qurumlarının, eləcə də elm və təhsil müəssisələrinin akademik kontingenti, tədqiqatçılar, doktorant və dissertantlar qatılıb. Həmçinin seminar Aqrar Tədqiqatlar Mərkəzinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb. Hər iki platformada seminara maraq böyük olub.
Seminarda Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov və həmin universitetin Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva “İndekslənən jurnallarda elmi məqalələrin hazırlanmasına qoyulan tələblər”, “Jurnal seçimi və məqalənin təqdimat prosesi” və “Elmi platformalarda müəllif profilləri və elmi sosial şəbəkələrdə istifadə” mövzularında, həmçinin Sidney Universitetinin müəllimi, “Food policy” jurnalının həmredaktoru David Ubilava “Kənd təsərrüfatı iqtisadiyyatı üzrə akademik nəşr: doğru yanaşma və uğurlu tətbiq etmə”, Zaqreb Universitetinin kənd təsərrüfatı fakültəsinin müəllimləri Tajana Cop və Magdalena Zrakic Susac “Tədqiqatçı nöqteyi-nəzərindən elmi jurnallarda nəşrlə bağlı təcrübə” və “Uğurlu nəşr üçün bizə lazım olanlar: cari trendlər, struktur və komponentlər, rəyçilərə cavab”, Corvinus Budapeşt Universitetinin müəllimi, Dayanıqlı İnkişaf İnstitutunun rəhbəri, “Agricultural Economics” jurnalının baş redaktoru Attila Jambor isə “Bir məqaləni ən yaxşı şəkildə necə dərc etmək olar?” mövzularında təlim aparıb, təcrübələrini bölüşüb, təqdimatla çıxış ediblər.
Seminarın məqsədi iştirakçıların nüfuzlu beynəlxalq jurnallarda elmi yazılarının dərc edilməsi sahəsində bilik və peşəkar bacarıqlarını inkişaf etdirməkdir.
“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı daha 163 mexanizatora ödənişsiz təlimlərə başlayır
14 Mart 2025
“Pambıq bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda seminar keçirilib
14 Mart 2025
Mineral gübrələrin səyyar satış xidməti başlayıb
14 Mart 2025
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
14 Mart 2025
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Yevlaxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
13 Mart 2025