“Aqroservis” ASC mart ayından cari ildə taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlara təlimlərə başlayır. Təlimlər ASC-nin Yevlax təlim-tədris mərkəzində və Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həyata keçiriləcək. Martın 10-dan etibarən başlayan təlimlər müxtəlif markalar üzrə keçirilməklə may ayına kimi davam edəcək. Təlimlərə ümumilikdə 163 mexanizator cəlb ediləcək.
Təlimlərin keçirilməsində əsas məqsəd cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsinə nail olmaq, onların kombyanlara düzgün texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəzlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarını artırmaqdır.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin müəllim heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur. Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir. Təlimdən sonra imtahandan keçən hər bir mexanizatora (operatora) sertifikat təqdim edilir. Qeyd edək ki, sertifikatı olmayan mexanizatorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq.
Nazir Məcnun Məmmədov Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
17 Mart 2025
Tovuz rayonunda Aqrar Biznes Festivalı keçirilib
17 Mart 2025
Azərbaycan və İƏT ölkələri arasında aqrar sahədə əməkdaşlıq müzakirə olunub
15 Mart 2025
Aqrar Tədqiqatlar Mərkəzində akademik fəaliyyətlə məşğul olanlar, tədqiqatçılar, magistrant və doktorantlar üçün seminar keçirilib
14 Mart 2025
“Pambıq bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda seminar keçirilib
14 Mart 2025