Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsraildə keçirilən Sea the Future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti çərçivəsində Qana Respublikasının balıqçılıq və akvakulturanın inkişafı naziri Emeliya Artur ilə görüşüb.
Görüş zamanı nazirlər Azərbaycan və Qana arasında müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, aqrar məhsulların ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar. Qeyd olunub ki, ikitərəfli əlaqələrin gücləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir və uzunmüddətli, dayanıqlı iqtisadi əməkdaşlığa zəmin yaradır.
Nazir Emeliya Artur Qananın Azərbaycanla ilk növbədə akvakultura sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi üçün geniş perspektivlərin mövcudluğunu diqqətə çatdırıb.
Nazir Məcnun Məmmədov isə qeyd edib ki, Azərbaycan Respublikası Afrika dövlətləri ilə müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı ardıcıl şəkildə genişləndirir. Son dövrlərdə bir sıra Afrika ölkələri ilə aqrar sahə üzrə əməkdaşlıq memorandumlarının imzalandığını xatırladan nazir, Qana Respublikası ilə də analoji sənədin imzalanmasını, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi məqsədilə birgə işçi qrupunun yaradılmasını təklif edib. Məcnun Məmmədov əlavə olaraq Azərbaycanın aqrar sahədə tətbiq etdiyi qabaqcıl texnologiyaları və formalaşmış təcrübəni Qana tərəfi ilə bölüşməyə hazır olduğunu bildirib.
Görüşdə, həmçinin aqrar təhsil sahəsində əməkdaşlıq, qanalı gənclərin Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alması imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026