15 Sentyabr – Bilik Günü münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı tədbir iştirakçılarına nümayiş olunub.
Universitetin rektoru Zəfər Qurbanov tələbə və müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin bu il qəbul planı son 10 ildə ən yüksək göstəricisinə çataraq 94.77% olub. Bu da ölkəmizin yeganə aqrar yönümlü ali təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universitetinə abituriyentlər tərəfindən marağın günbəgün artdığının, göstərilən dövlət qayğısının öz nəticələrini verdiyinin bariz nümunəsidir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Rəcəb Öztop da çıxış edərək təbriklərini səsləndiriblər.
Çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov kənd təsərrüfatı naziri Məcnun Məmmədovun təbrikini kollektivə çatdırıb.
Sonda ADAU-ya yüksək balla qəbul olan bir qrup tələbəyə qiymətli hədiyyələr və tələbə biletləri təqdim olunub.
Azərbaycanda aqrar sahənin aktual mövzularına dair müzakirələr və təqdimatların keçirildiyi tədbir baş tutub
21 Oktyabr 2024
Siyəzən rayonunda Aqrar Biznes Festivalı keçirilib
21 Oktyabr 2024
Nazir Məcnun Məmmədov Hacıqabulda vətəndaşları qəbul edəcək
21 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Bərdədə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Oktyabr 2024
Zeytun becərilməsi və zeytun yağının emal texnologiyaları üzrə təlim keçiriləcək
18 Oktyabr 2024