Latviyalı rəsmilərin iştirakı ilə institut ərazisində ağacəkmə aksiyası keçirilib.
Azərbaycanla Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün ölkəmizdə səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olub.
Nümayəndə heyəti institutun laboratoriya və istixanalarında aparılan elmi-tədqiqat işləri ilə maraqlanıb. Səfər iştirakçıları institutun müasir laboratoriyaları, o cümlədən toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, toxum saxlanma anbarı, toxum satış mərkəzi, eləcə də müasir istixana komleksi və burada görülən işlərlə tanış olublar.
Sonra tərəvəz, bostan və kartof bitkilərinin müasir seleksiyası, toxumçuluğun təşkili, səmərəli becərmə texnologiyası, bitkilərdə xəstəlik və zərərvericilər ilə inteqrir mübarizə yolları və digər məsələlərlə bağlı nümayəndə heyəti ilə müzakirələr aparılıb.
Daha sonra Pirşağıda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində ağacəkmə aksiyası keçirilib. Latviya tərəfi instituta 4800 ədəd şam ağacı hədiyyə edib. Əkin prosesi qonaqların özləri ilə gətirdikləri xüsusi mexaniki ağac əkən qurğularla həyata keçirilib.
Aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Laçın rayonunda Aqrar Biznes Festivalı keçirilib
17 Aprel 2026
Azərbaycanda pambıq sahələrinin sığortalanmasına başlanılıb
17 Aprel 2026
İşğaldan azad edilmiş ərazilərdə keçirilən təlimlərin növbəti mərhələsi uğurla başa çatıb
17 Aprel 2026
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Bərdədə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
16 Aprel 2026
Latviya nümayəndə heyəti Şuşa və Xankəndidə aparılan yenidənqurma işləri ilə tanış olublar
16 Aprel 2026