Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu deyib. Nazir qeyd edib ki, keçirilən müzakirələr Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında aqrar sahədə əməkdaşlıq perspektivlərini araşdırmağa və yeni tərəfdaşlıq yaratmağa imkan verir. Qeyd olunub ki, ixrac yönümlü məhsullar haqqında müntəzəm məlumat mübadiləsi aparmaq, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirak etmək imkanlarını araşdırmaq vacibdir. Məcnun Məmmədov iki ölkə arasında konkret sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın formalaşdırılmasının vacibliyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkür edən Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsi bildirib ki, ölkəsi Azərbaycanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Birləşmiş Ərəb Əmirliklərinin dünya miqyasında daha etibarlı qida təchizatı zənciri yaratmaq üçün beynəlxalq əməkdaşlıqların qurulmasının vacibliyinə diqqət çəkən nazir bu baxımdan Bakıda keçirdiyi görüşləri müsbət qiymətləndirib.
Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, heyvandarlıq və kənd təsərrüfatının digər sahələrinə investisiya qoyuluşu imkanları, aqrar sahədə yeni texnologiyaların tətbiqi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında aqrar sahədə əməkdaşlığı genişləndirmək məqsədilə birgə işçi qrupunun yaradılması, kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumunun hazırlanaraq imzalanması barədə ilkin razılıq əldə olunub.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək
06 Mart 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Sabirabadda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
06 Mart 2026
AFAQ layihəsi çərçivəsində Füzulidə qadın fermerlərə avadanlıqlar təqdim olunub
06 Mart 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ordubadda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Mart 2026
Nazir Məcnun Məmmədov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Berik Arın ilə görüşüb
05 Mart 2026