Aqrar Sığorta Fondunda müstəqil aqrar sığorta ekspertlərinin hazırlığı üzrə növbəti təlimlərə start verilib. 2024-cü il ərzində ikinci dəfə təşkil olunan təlimdə ölkənin müxtəlif bölgələrini təmsil edən 75 namizəd iştirak edir.
Təlimlərdə namizədlərə əkin sahələri və təsərrüfatlarda baş verən hadisələrin araşdırılması, fermerlərə dəyən zərərin səbəblərinin müəyyən edilməsi, dəymiş zərərin hesablanması üzrə biliklər verilir.
Təlimlərin başlanması ilə əlaqədar keçirilən tədbirdə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov aqrar sığortanın əhatəsinin sürətlə genişləndiyi dövrdə müstəqil aqrar sığorta eksperti institutunun vacibliyini qeyd edib.
“Aqrar sığorta ekspertlərinin sayının artması və bütün ölkəni əhatə etməsi sığorta hadisələri ilə bağlı müraciətlərə daha tez reaksiya verməyə, hadisə nəticəsində dəyən zərərlərin daha sürətli tənzimlənməsi və fermerlərə ödənişlərin daha tez həyata keçirilməsinə imkan verəcək” - deyə ASF-nin İdarə Heyətinin sədri bildirib.
Sığortalanan əkin sahələri artdıqca sığorta hadisələrinin və onların tənzimlənməsinə tələbat da yüksəlməkdədir. 2024-cü ilin ilk 7 ayında təsərrüfatlarda baş verən hadisələr üzrə Aqrar Sığorta Fonduna 1700-ə yaxın müraciət daxil olub. Bu müraciətlər Aqrar Sığorta Fondunun sığorta etdiyi 450 min hektar əkin sahəsinin 140 min hektarını əhatə edir.
“Hadisələrin artması ilə əlaqədar Aqrar Sığorta Fondunun ödənişləri sürətlə artır. 2024-cü ilin yanvar-iyul aylarında Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 3 milyon 250 min manat ödəniş edilib. Ödənişlərin 2 milyon 573 min manatı bitkiçilik, 678 min manatı isə heyvandarlıq sığortası üzrə olub”.
Qeyd edək ki, aqrar sığorta ekspertləri üçün təlimlər avqustun 25-də başa çatacaq. Təlimlərdən sonra namizədlər Dövlət İmtahan Mərkəzinin imtahanında iştirak edəcək və müvafiq sertifikat alaraq fəaliyyətə başlayacaqlar.
COP29 çərçivəsində “Kənd Təsərrüfatı-Ərzaq Sistemində Ədalətli Keçid: COP29 Harmoniya Təşəbbüsü ilə Uyğun İnteqrasiya” mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib
21 Noyabr 2024
COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib
20 Noyabr 2024
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib
19 Noyabr 2024