Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın aqrar elm, təhsil sahələrinin və insan kapitalının inkişaf etdirilməsi, eyni zamanda informasiya-məsləhət xidmətləri və innovasiya yayımı sisteminin təkmilləşdirilməsi istiqamətlərinə uyğun olaraq maarifləndirici tədbirlər davam etdirilir.
Tədbirlərin əsas məqsədi fermerlərin bilik və bacarıqlarının artırılması, aqrar sahədə müasir yanaşmaların və innovativ texnologiyaların tətbiqinin təşviqi, kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyin yüksəldilməsi, məhsul itkilərinin azaldılması və təsərrüfatların dayanıqlı inkişafına dəstək göstərilməsidir. Aqrar Təlim Mərkəzi bu istiqamətdə maarifləndirmə və informasiya-məsləhət fəaliyyətini davam etdirir.
Bu çərçivədə Tərtər, Goranboy, Beyləqan, Lənkəran, Şəki, Zaqatala, Ağcabədi, Tovuz, Bərdə, Qobustan, Ağdam, Qusar, Qazax, Şamaxı və Kürdəmir rayonlarında maarifləndirici tədbirlər təşkil olunub. Tədbirlər zamanı fermerlərə və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mütəxəssislərə bitkiçilik, heyvandarlıq, aqrobiznesin inkişafı, müasir aqrotexnologiyaların tətbiqi və təsərrüfatların səmərəli idarə olunması ilə bağlı məlumat verilib.
Təlimlərdə əkin və yığım işlərinin düzgün təşkili, gübrələrdən səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi, bağçılıq və üzümçülükdə qabaqcıl təcrübələr, eləcə də müasir kənd təsərrüfatı texnologiyalarından istifadə barədə məlumat verilib. Həmçinin heyvan xəstəliklərinin profilaktikası, düzgün yemləmə qaydaları, arıçılıqda xəstəlik və zərərvericilərlə mübarizə, məhsuldar heyvan cinslərinin artırılması və süni mayalanmanın əhəmiyyəti izah olunub. Aqrar sahədə məhsuldarlığın artırılması və təsərrüfatların səmərəli idarə olunması ilə bağlı fermerlərə tövsiyələr verilib.
Xaçmazda fındıq bağlarını dövlət dəstəyi ilə sığortalamaq mümkündür
20 Oktyabr 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İmişlidə vətəndaşları qəbul edəcək
19 Oktyabr 2026
Ağstafada Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
16 Oktyabr 2026
“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb
16 Oktyabr 2026
Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar
16 Oktyabr 2026