Aqrar Sığorta Fondu ölkənin bütün bölgələri üzrə tələbə və məzunlar üçün təqaüdlü təcrübə proqramına start verib.
Proqrama əsasən tələbələr qarşıdakı 3 ay ərzində Aqrar Sığorta Fondunda, fondun bölgələrdəki filiallarında və rayonlardakı Dövlət Aqrar İnkişaf Mərkəzlərində çalışacaqlar.
Proqramda universitet, kollec, peşə məktəblərinin tələbə və məzunları, o cümlədən orta məktəb məzunları da iştirak edə bilər.
Oktyabr ayından başlayacaq proqram müddətində təcrübəçilər aqrar sığorta mexanizmini dərindən öyrənəcək və ölkədə aqrar sığorta xidmətlərinin inkişafına töhfə vermək imkanı qazanacaqlar.
Proqram dövründə iştirakçılar müvafiq təqaüdlə təmin olunacaq, eləcə də göstərdikləri nəticə və Əsas Performans Göstəricilərindən (KPİ) asılı olaraq əlavə gəlir əldə etmək imkanı da qazanacaqlar.
Hər bir təcrübəçiyə proqramda iştirakı ilə bağlı sertifikat təqdim olunacaq.
Proqrama qatılmaq istəyən enerjili və sığorta sahəsinə maraqlı gənclər qeyd olunmuş linkdəki anketi doldurmaqla müraciət edə bilərlər:
https://forms.gle/jC743SNaWQZurboD9
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Beyləqanda vətəndaşları qəbul edəcək
08 Dekabr 2023
Kişineuda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib
08 Dekabr 2023
9-10 dekabr tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
07 Dekabr 2023
Aqrar Sığorta Fondu zərər çəkən fermerlərə 2,8 milyon manat ödəniş edib
07 Dekabr 2023
Kişineuda Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib
07 Dekabr 2023