• Ana səhifə
  • Xəbərlər
  • Meyvəçilik və tərəvəzçilikdə zərərli orqanizmlərə qarşı inteqrir mübarizə üsulları üzrə təlim keçiri...
Meyvəçilik və tərəvəzçilikdə zərərli orqanizmlərə qarşı inteqrir mübarizə üsulları üzrə təlim keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyində yerli sahibkar və mütəxəssislərə meyvə və tərəvəz istehsalında müşahidə olunan əsas zərərli orqanizmlərə qarşı mübarizəyə dair təlim-seminar keçiriləcək.

Təlimin təşkili Kənd Təsərrüfatı Nazirliyi, Rusiyanın inteqrir mübarizə üsulları (IPM) üzrə ixtisaslaşmış şirkəti “Biotechnologiya” MMC şirkətinin və Azərbaycanda müasir istixana kompleksinə sahib “BUTA AGRO” şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Rusiyadan dəvət olunacaq mütəxəssislərin keçəcəyi təlimlərdə əsas məqsəd məhsul istehsalında davamlı kənd təsərrüfatı metodlarının tətbiqini təşviq etmək, xarici bazar tələblərinə uyğun məhsul istehsalı ilə ixrac potensialını artırmaq, ən yaxşı təcrübələr üzrə sahibkarların və fermerlərin bilik və bacarıqlarının inkişafına nail olmaqdır. Təlim iştirakçılarına həm nəzəri biliklər, həm də praktiki nümayişlərlə inteqrir mübarizə üsullarının təsərrüfatlarda tətbiqi barədə məlumatlar veriləcək.

Təlimlər 12-13 sentyabr 2024-cü il tarixində Kənd Təsərrüfatı Nazirliyində baş tutacaq.

Təlimlərdə iştirak etmək istəyən şəxslər shovqi.lalashov@agro.gov.az ünvanına yaza və ya +994 50 620 94 76 nömrəsi ilə əlaqə saxlaya bilərlər.