Növbəti ildə çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkili, eləcə də proqnoz məlumatlarının hazırlanması məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən çəyirtkəkimilərin məskunlaşdığı ərazilərdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Belə ki, cari ilin noyabr ayının 13-dək aparılan monitorinqlərin nəticələrinə əsasən, Ağstafa rayonunda 460 hektarda müşahidə, 250 hektarda sirayətlənmə, Cəbrayıl rayonunda 74 hektarda müşahidə, Füzuli rayonunda 57 hektarda müşahidə, Beyləqan rayonunda 50 hektarda müşahidə, Ağdam rayonunda 31 hektarda müşahidə aparılmışdır. Qeyd edək ki, cari ilin sentyabr ayından bu günədək respublikanın müxtəlif bölgələrində çəyirtkəkimilərin küpələrinin payız müşahidələri ilə bağlı ümumilikdə 4889 hektarda müşahidə aparılıb və 1778 hektarda sirayətlənmə müəyyən olunub.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, bölgələrdə Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən çəyirtkəkimilərin payız müşahidələri davam etdirilir.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Ali Attestasiya Komissiyasında akkreditasiyadan keçib
29 Dekabr 2024
Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və fermerlərə orden və medallar təqdim edilib
29 Dekabr 2024
Nazir Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
28 Dekabr 2024
Nazir Məcnun Məmmədov Misirin Azərbaycandakı səfiri ilə görüşüb
28 Dekabr 2024
AFAQ layihəsi çərçivəsində Ağsu, Şəki və Tərtər rayonlarında qadın fermerlərə dəstək göstərilib
24 Dekabr 2024