Aqrar Xidmətlər Agentliyi sahibkarlara müraciət edib. Müraciətdə bildirilir ki, beynəlxalq ticarət qaydalarına əsasən, ixrac olunan məhsullarla birlikdə istifadə edilən taxta altlıqlar, yeşiklər, barabanlar, paletlər və digər meşə materiallarından hazırlanmış qablaşdırma vasitələri İSPM 15 beynəlxalq standartına uyğun şəkildə zərərsizləşdirilməli və müvafiq nişanla (marka ilə) işarələnməlidir.
İSPM 15 – məqsədi ixracatda istifadə edilən emal olunmamış ağac materialları vasitəsilə zərərli orqanizmlərin daşınmasının və yayılmasının qarşısını almaqdan ibarət olan beynəlxalq standartdır. Bu standarta əsasən, istifadə olunan taxta materiallar:
Hazırda ölkəmizdə İSPM 15 tələblərinə uyğun olaraq, həm yerində (fumiqantla), həm də stasionar məntəqələrdə termiki üsulla zərərsizləşdirmə işləri aparılır. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin 23.3-cü maddəsinə və həmin qanunun tətbiq edilməsi barədə 441 nömrəli Fərmana əsasən, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.
Karantin obyekti dedikdə, zərərli orqanizmlərin məskunlaşmasına (gizlənməsinə) və yayılmasına şərait yaradan, fitosanitar tədbirlərin aparılmasını tələb edən bitkilər və bitkiçilik məhsulları, onların saxlanma yerləri, qablaşdırma materialları, nəqliyyat vasitələri, torpaq və hər hansı digər orqanizm, obyekt və ya yük başa düşülür.
Bundan əlavə, Nazirlər Kabinetinin 260 nömrəli qərarının 2-ci bəndinə əsasən, bu sahədə zərərsizləşdirmə işləri yalnız Kənd Təsərrüfatı Nazirliyinin xüsusi təlimatlandırılmış və bu sahədə müvafiq səlahiyyət verilmiş fumiqasiya dəstəsi tərəfindən həyata keçirilir.
İxrac prosesində hüquqi və texniki problemlərin yaranmaması üçün sahibkarlara aşağıdakılar tövsiyə olunur:
Zərərsizləşdirmə işləri tamamlandıqdan sonra qablaşdırma vasitələri standartlara uyğun şəkildə markalanır və sahibkara akt təqdim olunur.
Aqrar Xidmətlər Agentliyi sahibkarları diqqətli olmağa və yalnız rəsmi prosedurlara əməl etməyə çağırır.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026