Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu və Rusiya Federasiyasının Ümumrusiya Bitki Mühafizə Elmi-Tədqiqat İnstitutu arasında “Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib.
Tədbir institutlar arasında əməkdaşlıq çərçivəsində qarşılıqlı bilik və təcrübə mübadiləsi məqsədilə keçirilib.
Tədbirdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov və Ümumrusiya Bitki Mühafizə Elmi-Tədqiqat İnstitutunun direktoru professor Vyaçeslav Qulevskiy əməkdaşlığın prioritet istiqamətləri, perspektiv layihələr barədə fikirlərini bölüşüblər.
Çıxışlarda xəstəlik və zərərvericilərin kənd təsərrüfatı sahəsində ciddi problemlərə səbəb olduğu qeyd edibilib. Bitki xəstəlikləri, zərərvericiləri ilə mübarizə metodları və nəticələr barədə məlumatlar paylaşılıb. Tədbir zamanı növbəti elmi konfransların canlı şəkildə hər iki institutda təşkil olunması təklif olunub.
Sonda məruzəçilərə sertifikatlar təqdim edilib.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Ali Attestasiya Komissiyasında akkreditasiyadan keçib
29 Dekabr 2024
Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və fermerlərə orden və medallar təqdim edilib
29 Dekabr 2024
Nazir Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
28 Dekabr 2024
Nazir Məcnun Məmmədov Misirin Azərbaycandakı səfiri ilə görüşüb
28 Dekabr 2024
AFAQ layihəsi çərçivəsində Ağsu, Şəki və Tərtər rayonlarında qadın fermerlərə dəstək göstərilib
24 Dekabr 2024