Aqrar Biznes Festivalı çərçivəsində AKİA, SİF və bankların iştirakı ilə kredit yarmarkası təşkil olunub
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı və mövsümün sonuncu toxum sərgi-satış yarmarkası Cəlilabad rayonunda keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Cəlilabad Dövlət Peşə Mərkəzinin ərazisində keçirilən festivalda Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlıdan olan fermerlər, toxum istehsalçıları iştirak ediblər. Yarmarka çərçivəsində toxum istehsalçıları məhsullarını fermerlərə nümayiş etdirməklə satış imkanından yararlanıblar.
Kənd təsərrüfatı sahəsində yeniliklərin təbliği, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə Cəlilabadda təşkil edilən cari ilin sayca 29-cu Aqrar Biznes Festivalında özəl şirkətlər tərəfindən müxtəlif innovativ məhsul və texnologiyalar nümayiş etdirilib. Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları festivalda öz məsləhət və xidmətlərini fermerlərin nəzərinə çatdırıblar.
Festival çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun həmçinin müxtəlif bank və bank olmayan kredit təşkilatlarının iştirakı ilə Kredit yarmarkası keçirilib. Kredit yarmarkasında fermerlər onları maraqlandıran kredit məhsulları barədə mütəxəssislərə sorğu ilə müraciətlər ünvanlamış və gərəkli informasiyalar əldə ediblər.
Festival zamanı toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə Aqrar Xidmətlər Agentliyinin Aqar Təlim Mərkəzi tərəfindən “Sertifikatlı toxumların əhəmiyyəti” mövzusunda təlim keçirilib, müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Festivalda müxtəlif qadın qrupları və kooperativləri öz məhsullarının nümayiş və satışını həyata keçiriblər. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə məxsus müasir kənd təsərrüfatı texnikaları və tələbələrin əl işlərindən ibarət sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə mövsüm ərzində toxum sərgi-satış yarmarkaları Şəki, Oğuz, Zərdab, Ağsu, Goranboy, Tərtər, Masallı, Neftçala, Qax, Balakən, Naxçıvan, Şərur, Şabran, Siyəzən, Beyləqan və Cəlilabad rayonlarında təşkil edilib.
16 avqust tarixindən Şəki şəhərindən start götürürərək başlayan toxum sərgi-satış yarmarkalarında payızlıq dənli bitkilərin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxumlar nümayiş olunub. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.
Toxum sərgi-satış yarmarkaları çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə ətraflı məlumat verilib və fermerlərin maarifləndirilməsi istiqamətində toxumçuluğa dair müxtəlif mövzularda təlimlər keçirilib.
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024
Ərzaqlıq buğda əkininə dair Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilələrin bağlanması müddəti noyabrın 1-də başa çatır
29 Oktyabr 2024
Bu ilin ilk doqquz ayı ərzində Azərbaycanda 405 604 hektar əkin sahəsi sığortalanıb
29 Oktyabr 2024