Bu ildən etibarən Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiya veriləcək. Arıçılar saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiya alacaqlar.
Artıq Nazirlər Kabineti “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nı təsdiq edib. Yeni qayda “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə təsdiqlənib.
Arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları “Arıçılıq təsərrüfatlarının uçotu Qaydası”nın tələblərinə uyğun uçota alınmalıdır. Subsidiya verilməsinin təşkili üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayon (şəhər) komissiyaları yaradılacaq.
Bu qərar 2018-ci il də daxil olmaqla, 5 il müddətində qüvvədədir.
Arıçılar ərizələrini, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surətini, subsidiyanın köçürüləcəyi bank hesabına dair məlumatları hər il aprel ayının 30-dək arıçılıq təsərrüfatının yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim etməlidirlər.
ABŞ-da aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
21 Noyabr 2026
Masallıda aqrar sahənin inkişafı üçün yeni layihələr reallaşdırılır
21 Noyabr 2026
Kürdəmir rayonunda Dövlət Proqramının icrası ilə bağlı aqroparklarda və iri fermer təsərrüfatlarında monitorinq keçirilmişdir
21 Noyabr 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək
20 Noyabr 2026
Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib
20 Noyabr 2026