Dövlət Toxum Fondunun dəvəti ilə “Koçubeevskaya” Toxumçuluq Stansiyası ASC-nin direktoru Xusin Boranukov və ”Otbor” İnnovasiya-İstehsalat Aqrar firmasının direktoru Rasul Knyazevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəliblər. Fondun sədri Emin Əliyevlə keçirilən görüşdə toxumçuluq təcrübəsi, toxum ticarəti və qanunvericiliyi mövzusunda müzakirələr aparılıb. Emin Əliyev qonaqlara fondun fəaliyyəti haqqında geniş məlumat verib. Qonaqların diqqətinə çatdırılıb ki, fondun başlıca məqsədlərindən biri respublikada yerli toxum istehsalını inkişaf etdirməkdir. O, həmçinin rəhbərlik etdiyi qurumun 2 emal müəssisəsinin cari ildə, 3 müəssisənin isə 2019-cu ildə istifadəyə veriləcəyini vurğulayıb. Emin Əliyev ölkəyə qısa bir zamanda elit və yüksək reproduksiyalı toxumların gətirilməsi, sort sınaq edilməsi və dövlət reyestrinə salınmasının zəruri olduğunu bildirib.
Kənd Təsərrüfatı Nazirliyi yaninda Bitki sortlarının Qeydiyyatı və Toxuma Nəzarəti üzrə Dövlət Xidmətinin rəis müavini Möhtəsim Əhmədov bildirib ki, yeni sortların Azərbaycana gətirilməsi, sort-sınaq edilməsi və Dövlət Reyestrinə salınması məqsədə uyğundur.
Azərbaycanın toxumçuluq sahəsində ciddi addımlar atdığını söyləyən “Koçubeevskaya” Toxumçuluq Stansiyası ASC-nin direktoru Boranukov Xusin bildirib ki, toxumçuluğun inkişafı ilə bağlı qabaqcıl təcrübəsinin öyrənilməsi və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması bu istiqamətdə geniş perspektivlərə yol açacaq.
Görüşdə, 20-dən çox yeni toxum sortunun Azərbaycan ərazisində sınaqdan keçirilməsi, toxumların sertifikatlaşması və digər məsələlər müzakirə olunub. Tərəflər gələcəkdə yeni toxum sortunun Azərbaycan ərazisində sınaqdan keçirilməsi, rayonlaşdırılması, qarşılıqlı tıcarətin qurulması və inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib
09 Oktyabr 2026
Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub
09 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Naxçıvanda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
08 Oktyabr 2026
Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri həyata keçirilir
08 Oktyabr 2026
Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib
08 Oktyabr 2026