Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən İnnovasiya festivalının növbəti təqdimatı Lənkəran şəhərində keçirilib.
Festivalda yem konteyneri, aqrodron, press bağlayan, çəltik əkən və çəltik biçən qurğuların, raps, maralfalfa, kinoa, amarant yem bitkilərinin, yerli və xarici çəltik sortlarının, yemlik paxla və soya nümunələrinin, feremonlu tələlərin və soxulcan gübrəsinin təqdimatı keçirilib.
Festivalda “Aqroservis” ASC tərəfindən də aqrar sahədə istifadə olunan müasir innovativ texnikalar - 4 cərgəli KUBOTA SPV-48C çəltik ştili əkən, Runyuan 4/GK DELTA 100 çəltikbiçən, Paksan Superyunus ot, küləş presləyən avadanlıqlar nümayiş olunub. Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən sərgi iştirakçılarına bu texnikalar haqqında ətraflı məlumat verilib.
Festival zamanı iştirakçılara nümayişi keçirilən yem bitkilərinin tərkibi, protein-qidalılıq dəyəri, həmçinin kənd təsərrüfatı əhəmiyyətli innovativ avadanlıqların səmərəliliyi barədə geniş məlumatlar təqdim edilib. Heyvanların qida rasionuna bu cür yem bitkilərinin daxil edilməsi yüksək məhsuldarlığa, həm də heyvanların sağlamlığına təsir göstərməklə yanaşı fermerlər tərəfindən çəkilən maya dəyərinin aşağı düşməsinə səbəb olacağı bildirilib. Həmçinin bu yem bitkilərinin respublikamızda əkininin aparılması və yetişdirilməsinin heyvandarlıqda yem bazasının təminatına töhfə verə biləcəyi bildirilib.
Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə son 2 ay ərzində Abşeron, Gəncə, Füzuli, Şəki şəhər və rayonlarında silsilə tədbirlər həyata keçirilib. Sözügedən tədbirlər zamanı kənd təsərrüfatı məhsul istehsalçılarına alternativ yem bitkiləri, mobil yaşıl yem istehsalı konteyneri, bitki zərərvericilərinə qarşı yeni bioloji mübarizə vasitələri, biogübrə-kompostun torpağın münbitliyinin artırılmasındakı üstünlükləri, aqrorobotlar və dərman çiləyici dron kimi bir sıra innovativ avadanlıqların əyani şəkildə nümayişi keçirilib.
Qeyd edək ki, Mərkəz tərəfindən ölkəmizin müxtəlif bölgələrində mərhələli şəkildə həyata keçirilən bu festivallarda ümumilikdə 500 nəfərdən artıq fermer iştirak edib.
Aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə keçirilən bu kimi festivallara kənd təsərrüfatı məhsul istehsalçılarının yüksək maraq göstərməsi səbəbi ilə bu tipli tədbirlərin növbəti ildə də keçirilməsi planlaşdırılır.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
10 Sentyabr 2026
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026