Parisdə 56-cı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin açılışı olub. Sərgidən bir gün əvvəl kənd təsərrüfatı nazirləri və dövlət katibləri səviyyəsində təmsil olunan 40-dək ölkənin nümayəndələrinin iştirakı ilə “Kənd yerlərində gənclər üçün perspektivlər haqqında nazirlər” seminarı, eləcə də sərginin açılışı günü Fransa Prezidenti Emmanüel Makronun iştirakı ilə konfrans keçirilib.
Hər iki tədbir əhalisinin sayı daim artan dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi, eləcə də gənc nəslin kənd təsərrüfatı sektoruna cəlb edilməsi məqsədi daşıyır. Beynəlxalq tədbirdə ölkəmizi təmsil edən kənd təsərrüfatı naziri İnam Kərimov AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib ki, ərzaq təhlükəsiziliyinin, kənd təsərrüfatının dayanaqlı inkişafının təmin edilməsi ilə bərabər ətraf mühitin, eləcə də torpaq və su mənbələrinin qorunması, gələcəkdə gənc nəslin kənd təsərrüfatı sektoruna cəlb edilməsi, innovasiyaların kənd təsərrüfatının müxtəlif sahələrinə tətbiqi qarşıda duran vacib çağırışlardandır.
“Bu beynəlxalq sərgidə Fransa və digər ölkələrin kənd təsərrüfatının müxtəlif sektorlarının məhsulları, eləcə də iri və xırda buynuzlu cins heyvanlar nümayiş olunur.
Son illərdə dövlətimiz kənd təsərrüfatının inkişafına xüsusi qayğı göstərir. Artıq fermerlərimiz lizinq yolu ilə yəni dövlət tərəfindən 60 faizi ödənilməklə ölkəyə damazlıq heyvanlar gətirə bilərlər. Bu da dövlətimizin fermerlərə yaratdığı geniş imkanın nəticəsidir. Burada gələcəkdə ölkəmizin iqlim şəraitinə uyğun olaraq yeni ətlik və südlük heyvan cinslərinin gətirilməsi imkanlarını müzakirə etdik”, - deyə nazir İ. Kərimov vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib
09 Oktyabr 2026
Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub
09 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Naxçıvanda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
08 Oktyabr 2026
Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri həyata keçirilir
08 Oktyabr 2026
Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib
08 Oktyabr 2026