Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Macarıstanın kənd təsərrüfatı naziri İstvan Nagyinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib.
Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Ölkəmiz iki dövlət arasında bütün sahələrdə əməkdaşlığı gücləndirmək istiqamətində təşəbbüsləri dəstəkləyir. Nazir Məcnun Məmmədov Azərbaycanda etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladaraq macar sahibkarları Azərbaycanda investisiya imkanlarını dəyərləndirməyə çağırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən İstvan Nagy Macarıstanın Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. Macar sahibkarlarının Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını deyən İstvan Nagy bu istiqamətdə təşviq tədbirlərinin görüləcəyini vurğulayıb.
Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Azərbaycan və Macarıstanın kənd təsərrüfatı sahəsində tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıblar. Bildirilib ki, kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, aqrar sahədə mütəxəssis hazırlığı və aqrar məhsulların ixracı Azərbaycanla Macarıstanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının əsas istiqamətləri ola bilər.
Tərəflər azərbaycanlı gənc mütəxəssislərin Macarıstanda mövcud təcrübə proqramlarına cəlb edilməsi, heyvandarlıq (embrion transferi) sahəsində əməkdaşlığın davam etdirilməsi, quşçuluq sahəsində Macarıstan təcrübəsinin öyrənilməsi və bu sahədə əməkdaşlığa başlanılması ilə bağlı razılığa gəliblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Aqrar Sığorta Fondu Şəkidə fermerlərə - SIĞORTA ÖDƏNİŞLƏRİNƏ BAŞLAYIB
01 Dekabr 2023
Fermerlərə dəstəklə bağlı tədbir keçirilib
30 Noyabr 2023
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Qəbələdə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
30 Noyabr 2023
Əkin sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir
30 Noyabr 2023
“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
29 Noyabr 2023