Azərbaycan Dövlət Aqrar Unviersitetində (ADAU) Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Konfransdan əvvəl tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
Daha sonra konfransda “Ümumilli Lider Heydər Əliyev və ADAU” filmi nümayiş olunub.
Tədbirdə çıxış edən ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov qeyd edib ki, Azərbaycanda aqrar sahənin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu il iyulun 22-də “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 50 illiyinin keçirilməsi haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı qəbul edilib. 1980-ci il dekabrın 16-da Gəncədə Ulu Öndər Sovet İttifaqının rəhbərliyi adından “Şərəf nişanı” ordenini təntənəli şəkildə institutun bayrağına sancıb. Z. Qurbanov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Aqrar Universitetdə həyata keçirilən tədbirlər barədə də məlumat verib.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək ərzaq təhlükəsizliyinin dövlətin milli təhlükəsizliyinin ən mühüm komponenti olduğunu diqqətə çatdırıb. O bildirib ki, ərzaq təhlükəsizliyi ölkənin müstəqil siyasət yürütməsi, öz hüquqlarını tələb etməsi və hər hansı problemin həllində vahid mövqe sərgiləməsi deməkdir. Azərbaycan dövləti davamlı olaraq əhalinin ərzaqla etibarlı təminatına dair bir çox sahədə tədbirlər, irimiqyaslı dövlət proqramları həyata keçirir. Burada ilk növbədə əhalinin sağlamlığının qorunması və inkişaf etdirilməsi, həmçinin milli dəyərləri nəzərə alınır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aqrar sahənin qeyri-neft sahəsi kimi əhəmiyyətini vurğulayaraq bu səhədə görülən işlərdən danışıb.
Mill Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Ulu Öndər Heydər Əliyevin 1969-1981-ci illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə heyvandarlıq, melorasiya və kənd təsərrüfatının digər sahələrində gördüyü işləri diqqətə çatdırıb. O, həmçinin, bu gün fermerlərə verilən dövlət subsidiyaları, kənd təsərrüfatındakı mövcüd artımlar haqqında məlumat verib.
Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Rəcəp Öztop və Ege Universitetinin rektoru Necdet Budak çıxışlarında iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də uğurlu əməkdaşlığın davam etdiyini bildiriblər.
AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyev və “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Mürvət Həsənli çıxışlar edərək mövzu ətrafında fikirlərini səsləndiriblər.
Tədbirin sonunda Türkiyənin Ege Universitetinin rektoru, professor Necdet Budaka Azərbaycan Dövlət Aqrar Universitetinin Fəxri Doktoru diplomu və mantiyası təqdim olunub.
Konfrans işini panel sessiyalarda davam etdirib.
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024
Ərzaqlıq buğda əkininə dair Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilələrin bağlanması müddəti noyabrın 1-də başa çatır
29 Oktyabr 2024
Bu ilin ilk doqquz ayı ərzində Azərbaycanda 405 604 hektar əkin sahəsi sığortalanıb
29 Oktyabr 2024