Hazırda fındıq sahələrində meyvələrin kütləvi yığım prosesinə hazırlıq işləri aparılır. Yığımın vaxtında və itkisiz aparılması üçün istehsalçıların müvafiq texnika və avadanlıqlarına sahib olması ən vacib amillərdən sayılır. Son zamanlar fındıq istehsalı ilə məşğul olan təsərrüfatlarda fındıqçılıq sahəsində istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarına tələbat günü-gündən artır.
Fermerlərin istək və ehtiyacları nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı texnikaları və avadanlıqlarının sərgi-satış yarmarkasının keçirilməsini qərara alınıb. Yarmarkanın 7 sentyabr 2021-ci il tarixində Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) həyətində mövcud pandemiya qaydalarına uyğun təşkili nəzərdə tutulur.
Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Zaqatala DAİM-in əməkdaşları, bu sahədə ixtisaslaşan şirkətlər, fermerlər və aqrar sahə üzrə mütəxəssislər iştirak edəcəklər.
Fındıq istehsalı ilə məşğul olan fermerlər yarmarkada mütəlif şirkətlər tərəfindən təklif olunan kənd təsərrüfatı texnika və avadanlıqları ilə bağlı ətraflı məlumat əldə edə bilər, onları maraqlandıran sualları həm mütəxəssislərə, həm də aidiyyatı digər şəxslərə ünvanlaya bilərlər.
“Merano Wine Fest”in təsisçisi və prezidenti ilə görüş keçirilib
26 Sentyabr 2026
Nazir Məcnun Məmmədov “II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” çərçivəsində keçirilən panel sessiyada çıxış edib
25 Sentyabr 2026
FAO nümayəndəsi Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasının fəaliyyəti ilə tanış olub
25 Sentyabr 2026
Qubada heyvan sağlamlığı ilə bağlı tədbir keçirilib
25 Sentyabr 2026
Türkiyədə “COP31-ə doğru: Su–ərzaq–iqlim əlaqələrinin praktik müstəvidə həyata keçirilməsi” mövzusunda seminar keçirilib
25 Sentyabr 2026