• Ana səhifə
  • Xəbərlər
  • Südçülükdə təcrübənin artırılması və inkişafı mövzusunda fermerlərə seminar keçirilib
Südçülükdə təcrübənin artırılması və inkişafı mövzusunda fermerlərə seminar keçirilib

Kənd Təsərrüfatı Nazirliyi, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, "4S" MMC və “Delaval” şirkətinin təşkilatçılığı ilə “Respublikada südçülükdə təcrübənin artırılması və inkişafı” adlı seminar keçirilib.

Seminarda Kənd Təsərrüfatı Nazirliyi “Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov, Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Fariz Əliyev, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, KOBİA Gəncə-Qazax regional koordinatoru Anar Əliyev, Dövlət Aqrar İnkişaf Mərkəzləri, Aqrar Təlim Mərkəzinin nümayəndələri, Ağdaş Yem Zavodunun əməkdaşları, eləcə də 80-dən çox fermer və sahibkar iştirak edib.

Seminarda yerli mütəxəssislərlə yanaşı, Rusiyadan dəvət olunmuş Dmitriy Dolqov və Sergey Milovanov "Sağım rejimi", "Yem bazası", "Südün soyudulması və saxlanılması", "İstilik stressi səbəbindən südün itkisi", "Sağım avadanlığının yuyulma prosesi" və digər mövzularda təqdimatlarla çıxış ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.