Respublikanın 61 rayonunda taxıl biçini davam edir. Ümumilikdə taxıl sahələrinin 49 faizində, o cümlədən arpa sahələrinin 75 faizində biçin başa çatıb.
Biçin prosesində 1503 kombayn iştirak edir. Onlardan 649-u “Aqroservis” ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. Bu kombaynlar ilkin mərhələdə 50 hektaradək olan sahələrdə biçin aparırlar. Bundan başqa biçinə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan 854 kombayn cəlb edilib.
Hazırda əsas biçin prosesi buğda sahələrində aparılır. Respublikanın 6 rayonunda - Ağdam, Ağcabədi, Bərdə, Saatlı, Sabirabad və Samuxda buğdanın orta məhsuldarlığı 40-50 sentner təşkil edir.
Bu il fermerlər biçin başa çatmış sahələrdə yay şumu etməyə və təkrar qarğıdalı əkini aparmağa daha çox üstünlük verirlər. Bugünədək 87327 hektar sahədə yay şumu aparılıb, 46 rayon üzrə 5300 hektar sahədə təkrar qarğıdalı əkini həyata keçirilib. Ən çox yay şumu Neftçala (18870 ha), Kürdəmir (10706 ha), Şəki (8195 ha) rayonlarında aparılıb.
Biçin davam edir.
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
11 Noyabr 2026
Fermer və təsərrüfatlara 1,9 milyon manata yaxın aqrar sığorta ödənişi edilib
11 Noyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdərədə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
06 Noyabr 2026
Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
06 Noyabr 2026
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi və toxum sərgi-satış yarmarkası Yevlax rayonunda keçirilib
06 Noyabr 2026