Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatının xüsusi təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı müsahidə və mübarizə tədbirləri davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən siçanabənzər gəmiricilərin say miqdarının müəyyən edilməsi məqsədi ilə 12500 hektar sahədə fitosanitar müşahidə tədbirləri həyata keçirilib və Ceyrançöl ərazisində 9200 hektar sahənin təhlükəli zərərvericilərlə sirayətləndiyi müəyyən edilib.
Fitosanitar yoxlamalar zamanı müəyyən edilib ki, taxıl, qarğıdalı, şəkər çuğunduru kimi dənli bitkilər əyildiyi üçün gəmiricilərin qidalanması üçün əlverişli şərait yaranıb ki bu da onların yaşam tərzinin yaxşılaşmasına və çoxalaraq artmasına səbəb olub.
Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən zərərvericilərin artımının İqtisadi Zərərvurma Həddini keçməsinin qarşısını almaq məqsədi ilə kimyəvi mübarizə tədbirlərinə başlanılıb.
Mübarizə zamanı “Brodifakum” preparatından (0.02 kq/ha-100 ədəd işlək yuva) aldadıcı yem hazırlayaraq hər yuva üçün 10 qram olmaqla istifadə olunub.
Aldadıcı yemin hazırlanmasında və tətbiqində texniki təhlükəsizlik qaydalarına ciddi nəzarət edilir.
Qeyd edək ki, hazırda kimyəvi mübarizə işləri davam etdirilən Ceyrançöl ərazisində köçəri quşlar (qızıl qaz, kəklik, turac, bildirçin, sürü halında yaşayan çəyirtkəkimilərin entomafaqı olan ala sığırçın) çoxluq təşkil etdiyi üçün işlək yuvalara zəhərli aldadıcı yemlərin qoyulması zamanı yuvaların bağlanmasına daha çox diqqət yetirilir.
Bunun üçün də ərazidə işləyən fəhlələr işə başlamamışdan əvvəl təhlükəsizlik qaydaları ilə bağlı ciddi şəkildə təlimatlandırılmaqla yanaşı, aldadıcı yemi tətbiq edən zaman yuvaların ağzının bağlanmasında diqqətli olmalarına dair tövsiyələr verilir.
Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Nazir Məcnun Məmmədov Qarabağda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
18 May 2026
Nazir Məcnun Məmmədov Şuşada vətəndaşlarla görüşüb
15 May 2026
Fiziki və hüquqi şəxslərə məxsus istehsal və saxlama yerlərində fumiqasiya tədbirləri davam etdirilir
15 May 2026
Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir
15 May 2026
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb
15 May 2026