“Heydər Əliyev İli” çərçivəsində şahmat və dama turniri keçirilib
Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Dama Federasiyası və Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə aqrar sahədə çalışan əməkdaşlar arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş şahmat və dama turniri keçirilib.
Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad olunub. “Heydər Əliyev İli” ilə əlaqədar silsilə təbirlər çərçivəsində keçirilən bu yarışlarda Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Nazirliyin tabeli qurumları, eləcə də “Aqroservis ASC”, “Dövlət Toxum Fondu”, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığota Fondu, “Aqrar Tədarük və Təchizat” ASC, Aqrar Tədqiqatlar Mərkəzi və elmi-tədqiqat institutlarının nümayəndəri iştirak ediblər. Gərgin mübarizə şəraitində keçən şahmat yarışında “Aqroservis ASC”nin əməkdaşı İman Tarıverdiyev 1-ci yer, Aqromexanika Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Elbrus Paşayev 2-ci yer, 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Tərlan Məmmədov 3-cü yer tutublar.
Dama yarışında isə Siyəzən DAİM-nin direktor müavini Elçin Səfərli 1-ci yer, Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşı Elçin Dadaşov 2-ci yer, Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Qəzənfər Kazımov 3-cü yerə layiq görülüb. Qaliblərə kubok, medallar və pul mükafatları təqdim olunub.
Xaçmazda Aqrar İnnovasiya Festivalı keçirilib
16 Mart 2023
Toxumçuluq, şitilçilik və tingçilik üzrə mütəxəssislər hazırlanacaq
15 Mart 2023
Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib
14 Mart 2023
“Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb
11 Mart 2023
“Kənddən Şəhərə” Novruz yarmarkası 11-19 mart tarixlərində fasiləsiz fəaliyyət göstərəcək
09 Mart 2023