Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Anım Günü və şanlı qələbəmizin dördüncü ildönümünə həsr olunmuş “Zəfər” futbol turniri başa çatıb.
Sentyabrın 28-də start verilmiş turnirdə Kənd Təsərrüfatı Nazirliyi, Nazirliyin tabeli qurumları, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin 16 komandası iştirak edib.
Komandalar püşkatma nəticəsində hər qrupda 4 komanda olmaqla 4 qrupda mübarizə aparıb. Qrup daxilində keçirilmiş oyunlar nəticəsində ilk iki yeri tutmuş komandalar ¼ final mərhələsində mübarizə aparmaq hüququ qazanıb. Oyunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimləri tərəfindən idarə edilib.
Noyabrın 7-də keçirilən final görüşündə “Aqroservis” Açıq Səhmdar Cəmiyyətin və “Grand Agro” MMC-nin komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyunda “Grand Agro” MMC-nin komandası qalib gəlib. “Aqroservis” ASC-nin komandası II yerə, “MKT İstehsalat Kommersiya” MMC-nin komandası üçüncü yerə yiyələnib. Qalib komandalara fəxri fərmanlar, kubok, medal və mükafatlar təqdim olunub.
44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbəyə həsr olunan turnirin keçirilməsində əsas məqsəd 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eləcə də kollektivlər arasında dostluq əlaqələrinin gücləndirilməsi, işçilərin asudə vaxtlarının səmərəli təşkili və idmanın kütləviliyinin təmin olunmasıdır.
Aqrar Sığorta Fondu və Lənkəran Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
06 Noyabr 2024
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində şəhid övladları üçün aqrotur təşkil olunub
05 Noyabr 2024
Aqrar Sığorta Fondu və “Azərkosmos” arasında əməkdaşlıq memorandumu imzalanıb
04 Noyabr 2024
Aqrar sahədə elmi-tədqiqat işlərinin birgə təşkili məqsədilə memorandum imzalanıb
04 Noyabr 2024
Pambıqçılıqda bioloji mübarizənin tətbiqinin nəticələrinə dair tarla seminarı keçirilib
04 Noyabr 2024