Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstan Respublikasında rəsmi səfərdədir. Səfər çərçivəsində nazir Məcnun Məmmədov Macarıstanın kənd təsərrüfatı naziri İstvan Nagy ilə görüşüb. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak ediblər.
Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov indiyədək keçirilən görüşlərdə aqrar sahədə müasir texnologiyaların transferi, mütəxəssis hazırlığı, azərbaycanlı gənc mütəxəssislərin Macarıstanda uzunmüddətli təcrübə proqramlarına cəlb edilməsi, heyvandarlıq (embrion transferi) sahəsində əməkdaşlığın davam etdirilməsi, quşçuluq sahəsində Macarıstan təcrübəsinin öyrənilməsi və bu sahədə əməkdaşlığa başlanılması, aqrar sahədə fəaliyyət göstərən sahibkarlar arasında sıx əlaqələrin qurulması ilə bağlı razılıq əldə edildiyini xatırladıb. İki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da genişləndirilməsinin vacib olduğu vurğulanıb, kənd təsərrüfatı sahəsində Azərbaycan-Macarıstan İşçi Qrupunun fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Azərbaycan tərəfi iki ölkənin iqtisadi potensialını nəzərə alaraq ticarət əlaqələrinin daha da şaxələndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyinə diqqət çəkib. Nazir Məcnun Məmmədov macar həmkarını Azərbaycana səfərə dəvət edib, ona işğaldan azad olunan tarixi torpaqlarımızda bərpa, yenidənqurma və zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlərlə yaxından tanış olmağı təklif edib. Bu ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində Azərbaycanın dost ölkələrlə əməkdaşlıq etdiyini diqqətə çatdıran nazir macar sahibkarları bu ərazilərdə investisiya imkanlarını dəyərləndirməyə çağırıb.
Macarıstanın kənd təsərrüfatı naziri İstvan Nagy öz növbəsində Macarıstanın Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, aqrar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması vacib əhəmiyyət daşıyır. İstvan Nagy bu dəvəti məmnuniyyətlə qəbul edərək yaxın zamanlarda Azərbaycana səfər edəcəyini vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
06 Dekabr 2024
Aqrar İnkişaf Könüllüləri “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu”nda təltif ediliblər
06 Dekabr 2024
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Dekabr 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Daşkəsəndə vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə
05 Dekabr 2024