“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi arasında meyvə-tərəvəz məhsullarının tədarükünü əhatə edən əməkdaşlığa başlanılıb. Əsas məqsəd yerli fermerlərin məhsullarının daha geniş müştəri auditoriyasına çıxışını təmin etmək və onların bazarda əlçatanlığını artırmaqdır.
Əməkdaşlığın ilk mərhələsində Masallı rayonunda fəaliyyət göstərən fermerlər tərəfindən yetişdirilən yerli kartof məhsullarının tədarükü həyata keçirilib. Tədarük olunan məhsullar “Araz” və “OBA” marketlər şəbəkəsində satışa təqdim olunaraq istehlakçılara çatdırılıb.
Məhsulların fermerlərdən tədarükü “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilib. Bu əməkdaşlıq yerli fermer təsərrüfatlarında istehsal olunan kənd təsərrüfatı məhsullarının müasir pərakəndə satış şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsinə, eyni zamanda yerli məhsulların istehlakçılara daha əlçatan şəkildə təqdim edilməsinə imkan yaradır.
Əməkdaşlığın davam etdirilməsi çərçivəsində digər yerli meyvə-tərəvəz məhsullarının da tədarük və satış prosesinə cəlb edilməsi nəzərdə tutulur. Bu istiqamətdə yerli istehsalçı və təchizatçılarla əməkdaşlığın genişləndirilməsi, müxtəlif çeşiddə və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının şəhər sakinlərinə təqdim olunması planlaşdırılır.
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
22 Sentyabr 2026
AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Sentyabr 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şabranda vətəndaşları qəbul edəcək
22 Sentyabr 2026
Azərbaycan FAST Tərəfdaşlığının Romada keçirilən görüşlərində iqlim maliyyəsi və dayanıqlı kənd təsərrüfatı məsələləri müzakirə edilib
21 Sentyabr 2026
Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub
18 Sentyabr 2026