• Ana səhifə
  • Xəbərlər
  • Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində V “Yüksəliş” müsabiqəsinin qalibləri İbrahim Məmmədov və İrşad Əsgərxanlı ilə növbəti dəfə görüşüb.

Görüşdə qaliblərin fərdi inkişaf istiqamətləri, peşəkar hədəfləri, idarəetmə bacarıqlarının inkişafı, eləcə də gələcək karyera planları ətrafında fikir mübadiləsi aparılıb. Mentor tərəfindən qaliblərə praktiki tövsiyələr verilib, qarşıdakı dövr üçün inkişaf istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.