Bolqarıstanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun bu ölkənin kənd təsərrüfatı və ərzaq naziri Georgi Tahovla görüşüb. Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanla Bolqarıstanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti barədə müzakirələr aparılıb.
Bolqarıstanın kənd təsərrüfatı və ərzaq naziri Georgi Tahov ölkəsinin Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, aqrar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır. O, ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qarşı tərəfə ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Bolqarıstan ilə iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsi istiqamətində bütün təşəbbüsləri dəstəkləyir.
Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrup arasında fəaliyyətin gücləndirilməsi, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, Azərbaycanda istehsal olunan meyvə və tərəvəz məhsullarının Bolqarıstana ixracı, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, müasir texnologiyaların transferi, tingçilik, bitki seleksiyası, akvakultura və balıqçılıq sahəsində əməkdaşlıq, spirtli içkilərin istehsalı sahəsində təcrübə mübadiləsi, hər iki ölkədə təşkil edilən beynəlxalq sərgi və yarmarkalarda iş adamlarının iştirakının təşviq edilməsi, aqrar elmi-tədqiqat və aqrar təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026