Qanunvericilik

Əmrlər

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında 

 

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanının 5-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 18.8-ci bəndini rəhbər tutaraq  

 

ƏMR EDİRƏM:

 

  1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” təsdiq edilsin (əlavə olunur)
  1. İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinə və İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinə tapşırılsın:

2.1. bu əmrin surətinin Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin;

2.2. törədilmiş inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların uçotu, sistemləşdirilməsi və saxlanılması məqsədi ilə inzibati xətalar haqqında tərtib edilən sənədlər barədə elektron informasiya ehtiyatının yaradılması və onun fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər görsün. 

  1. Ümumi şöbə bu əmrin surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin. 
  1. Bu əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

           Nazir                                                                                      İnam Kərimov

 

  

 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı

nazirinin 2020-ci il “___” ___________ tarixli

“_____” nömrəli əmri ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin

 Siyahısı

 

  1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri;
  2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini;
  3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aparatın rəhbəri;
  4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbərinin müavini;
  5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının şöbə müdiri;
  6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının şöbə müdirinin müavini;
  7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının sektor müdiri;
  8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının baş məsləhətçisi;
  9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının böyük məsləhətçisi;
  10. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəisi, onun müavini, şöbə müdiri, şöbə müdirinin müavini, sektor müdiri;
  11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzlərinin direktorları və onların müavinləri;
  12. Rayon (şəhər) baytarlıq idarələrinin rəisləri, onların müavinləri.