• Ana səhifə
  • Xəbərlər
  • KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ŞƏRABÇILIQ VƏ ÜZÜMÇÜLÜYƏ DAİR VEBSAYTININ TƏQDİMATI KEÇİRİLİB
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ŞƏRABÇILIQ VƏ ÜZÜMÇÜLÜYƏ DAİR VEBSAYTININ TƏQDİMATI KEÇİRİLİB

 

04 noyabr 2018-ci il tarixdə JW Mariott-Abşeron otelində Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi” regional proqramı çərçivəsində göstərilən texniki dəstək çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin şərabçılıq və üzümçülüyə dair yenilənmiş vebsaytının (www.wine-grape.az) təqdimatı keçirilib. Tədbirdə GİZ-in ölkə üzrə rəhbəri xanım Sonia Fontaine, KTN-in,  Aqrar Elm və İnnovasiya Mərkəzinin, Fa. Seabak & Digitello Agentliyinin, Əkinçilik, Tərəvəzçilik və Üzümçülük Elmi-Tədqiqat institutlarının nümayəndələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktorunun müavini Samir Süleymanov açaraq iqtisadiyyatın şaxələndirilməsi  üçün kənd təsərrüfatı da daxil olmaqla Hökumətin qeyri neft sektorunun inkişafın göstərdiyi diqqət, SSRİ-nin süqutundan sonra dövlətin bu sahəni canlandırmaq istiqamətində görülən işlər, Kənd Təsərrüfatı Nazirliyinin şərabçılıq və üzümçülüyə dair yenilənmiş vebsaytının strukturu və məzmunu, eləcə də dünya bazarında biznes əlaqələrinin qurulmasında əhəmiyyətli rolundan danışıb.

GİZ-in ölkə üzrə rəhbəri xanım Sonia Fontaine çıxış edərək Azərbaycan şərablarının dünyaya tanıdılmasında vebsaytın əhəmiyyəti, Azərbaycan istehsalı olan şərabların, xüsusilə, Ağdam şərabının şöhrətinin özünə qaytarılması, yenilənmiş vebsaytın funksiyalarından danışıb.

Daha sonra Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktorunun müavini Tariyel Pənahov Azərbaycanda üzümçülüyün inkişaf yolları, perspektivləri, şərab istehsalında institutun yaratdığı texnologiyaların istifadəsi və bu sahəyə dövlətin göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Natiq Azərbaycan şərablarının beynəlxalq aləmdə tanıdılmasında, həmçinin biznes əlaqələrinin qurulmasında yeni vebsaytın rolundan danışıb və göstərilən dəstəyə görə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinə, xüsusilə GİZ-in ölkə üzrə rəhbəri xanım Sonia Fontaineyə təşəkkür edib.

Üzümçülük və Şərabçılıq Elimi-Tədqiqat İnstitutunun aparıcı elmi işçi Mövlud Hüseynov öz çıxışında vebsaytın yenilənməsinə qoyulan tələblər və həmin hədəflərə nə dərəcədə nail olunmasına toxundu.






  • A
  • A
  • A