Çoxillik əkmələr

Fındıq

  • A
  • A
  • A

Fındıq bitkiləri 8-10 gövdəli kol şəklində formalaşdırılır. Çiçək tumurcuqları birillik budaqlarda yaranır. Belə budaqlar 7-10 il ərzində məhsul verir. Bundan sonra onlar kəsilib atılır. Budama zamanı gövdələrin ucları vurulur, pöhrələr kəsilir, keçən il məhsul vermiş budaqlar 2-3 tumurcuğa qədər gödəldilir.

Fındıq əsasən kök pöhrəsi, basma və kolların bölünməsilə artırılır. Pöhrələr qabaqcadan nişanlanmış kollardan götürülür. Əsasən 2-3 illik pöhrələr çıxarılır.

Fındıq bitkisi 20-yə qədər geniş yayılmış növü birləşdirir.

Bu növlər Avropa Asiya və Şimali Amerikada yayılmışlar. Respublikamızda uzun müddətli seçmə nəticəsində, xalq seleksiyasının məhsulu olan sortlar Ata-baba, Yağlı fındıq, Gəncə fındığı, Əşrəfi və həmçinin gətirilmə Kudryavçik sortu geniş becərilir.

26.04.2024

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

26.04.2024

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

25.04.2024

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib