Çoxillik əkmələr

Armud

  • A
  • A
  • A

Armud Pyrus L. cinsinə aid olub 60 növə malikdir. Bu növlər əsasən yer kürəsinin Şimal yarımkürəsində yayılmışlar. Respublikamızda daha geniş yayılan Qafqaz armudu (P. Caucasica Fed.), Söyüdyarpaq armud (P. salicifolia Pall.) və Meşə armudu (P. Communis L.) növləridir.  

Armud bitkisinin tərkibində 5-15.7% şəkər, 0.1-0.99% turşular, 0.06-0.12% dabbaq maddələri, 0.18-0.44% kül elemetləri, müxtəlif vitaminlər (A, B, B1, C və PP) vardır.

Armuddan  kompot, cem, şirə, armud qurusu, şərab, bəkməz və s. məmulatlar hazırlanır ki, bunların da insan orqanizmində xüsusilə müxtəlif xəstəliklərə qarşı müalicəvi əhəmiyyəti vardır.

Armud bitkisi mülayim iqlim qurşağında yerləşən ölkələrdə daha çox becərilir.

Dünyada hər il 22644 min ton armud istehsal olunur ki, onun 67,26%-i Çinin payına düşür. Armud istehsalına görə Çindən sonra İtaliya, ABŞ, Argentina, İspaniya və Türkiyə də fərqlənirlər.

Azərbaycanda iqtisadi rayonlar sırasında Şəki-Zaqatala iqtisadi zonası armud istehsalının 29%-ni təşkil edir. 
Sortları. Dünyada armudun 5000-dən çox sortu vardır. Ancaq bunlar arasında keyfiyyət və məhsuldarlığı yüksək və iqtisadi dəyəri olan sortlar azdır. Armud  istehsal edən bəzi qabaqcıl ölkələrdə yetişdirilən və iqtisadi baxımdan əhəmiyyətli sortlar: Cyun byuti, Akça, Mustafabey, Kossiya, Santa Mariya, Vilyams, Doyenne du Comise, Passe Krassane və s. sortlardır. Respublikamızda əsasən Abasbəyi, Vilyams, Klappın sevimlisi, Cır Nadiri, Red Vilyams yaylıq armud sortları, Lətifə, Bere Boks, Lesnaya krasavitsa payızlıq sortları və Nararmudu, Kürə, Əntiqə, Gülşən, Bere Ardanpon, Sini armud qışlıq sortları becərilir.Xarici səraitə münasibəti. Armud almaya nisbətən istiliyə tələbkar bitkidir. Ağacları 25...300 şaxtaya davam gətirə bilir. Çiçəkləri 2...30, meyvələri 2...40, zoğları 5...60 şaxtada ciddi zədələnir. Işığa yüksək tələbkardır. Rütubətə tələbkarlığı calaqaltıdan asılı olaraq müxtəlifdir. Ucaboylu calaqaltı üzərində rütubətə az, gödək boylu (heyva) üzərində rütubətə çox tələbkarlıq göstərir. Müxtəlif torpaq tiplərində becərilə bilir. Yaxşı boy və yüksək məhsul istehsalı üçün isə dərin şum qatlı, münbit torpaqlar daha əlverişlidir.

Artırılması. Armud sortları calaqla artırılır. Calaqaltı kimi cır və mədəni armud toxmacarlarından, heyvadan və qismən yemişandan istifadə edilir. Heyvaya calanmış armud gödək boylu olur, tez məhsula düşür, meyvələrin keyfiyyəti yüksəlir.

Bir qrup armud sortları heyva üzərində yaxşı bitiş vermir. Bu xüsusiyyətinə görə armud sortlarını 3 qrupa ayırırlar:

Heyva üzərində yaxşı tutan sortlar- Bere Ardanpon, Bere Amanlı, Bere Qardi, Bere Liqel, Pass-Krasson, Jozefina Mexelenskaya, Küre, Sen-Jermen və s.

Heyva üzərində kafi bitiş vermən sortlar – Olivye de Serr və Yubiley.

Heyvan üzərində bitiş verməyən sortlar – Bere Bosk, Vilyams, Meşə gözəli, Klappın sevimlisi.

Heyva üzərində normal bitiş verməyən sortlar üçün “nikolirovka” və ya “interkalyar” aralıq calaqlarının tətbiqi tövsiyə olunur.

Armud bağı üçün yerin seçilməsi, gübrələmə, suvarma, formavermə və budama, meyvələrin yığılması və göndərilməsi alma bitkisində olduğu kimi aparılır.

Bağın salınması və qulluq. Yeni bağ salmaq üçün ilk növbədə sahə seçilməlidir. Sahənin seçildiyi ərazinin iqlimi isti mötədil olub, kəskin dəyişməməli, küləkli günlərin, isti və şaxtalı günlərin nəmlik çatışmazlığı, eləcə də çiçəklənmə dövründə dumanlı günlərin miqdarı az olmalı və aktiv temperaturların cəmi yüksək olmalıdır. Bağ əkiləcək yerin relyefi düzən, zəif maili (50-dək) və ya mailliyi 100-150-dək olan yamaclar olamlıdır. Mailliyi 150-dən çox olan yamaclarda bağ xüsusi olaraq düzəldilmiş terraslarda əkilməlidir. Bağ əkilərkən mikro relyef də nəzərə alınmalıdır. Qrunt sularının səviyyəsi yüksək olan yerlərdə köklərin tənəffüsü pozulur və mənfi nəticələrə səbəb olduğundan belə ərazilərdə bağ salmaq məsləhət deyil. Bağ əkiləcək torpaq, su fiziki göstəricilərinə görə normal olmalı, qida elementləri ilə yüksək və ya orta dərəcədə təmin olunmalı su və hava keçirmə qabiliyyətləri yüksək olmalıdır.
Yeni armud bağının salınması üçün 5x4 m, 5x5 m sxemlər üzrə 6113 manatdan 5730 manata qədər vəsait tələb olunur. Armudun 1hektarından 400 sentner məhsul alınarsa həmin sahədən 7500 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 85% təşkil edəcəkdir.

 
21.12.2024

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

20.12.2024

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

20.12.2024

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib