Tərəvəzçilik

Sarımsaq

  • A
  • A
  • A

Sarımsaq sağlamlıq üçün böyük əhəmiyyəti olan bitkidir. Sarımsaq bizim eradan 3-4 min il əvvəl Misir, Yunanıstan, Çin, İtaliya xalqlarına məlum olmuşdur.

O, dağ bitkisi olaraq yabanı halda bitmiş, sonralar xalq tərəfindən mədəniləşdirilərək, yeni sortlar yaradılmışdır.

Bütün tərəvəz bitkilərindən tərkibində quru maddənin (35-42%) çox olması ilə fərqlənir. Bundan başqa B,C,D, B1, B2, PP vitaminləri, efir yağları, fitonsidlər olub, 7,9% zülal və başqa mineral maddələr vardır.

Onun tərkibində fitonsidlərin, efir yağlarının, mikrobları öldürən bakterisidlərin kifayət qədər olması ondan təbabətdə geniş miqyasda istifadə edilməsinə imkan yaradır. O, damarlarda qanın hərəkətini sürətləndirir, skleroz, soyuqdəymə, qanqrena kimi qorxulu xəstəliklərin qarşısını alır, mədə şirəsini artırır, qidanın yaxşı həzm olunmasına müsbət təsir göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı təsərrüfat ilində Azərbaycanda 2308 hektar sahədə sarımsaq əkilmiş, cəmi 21114 ton məhsul istehsal edilmiş, hektardan məhsuldarlıq 91  sentner olmışdır.

Sarımsaq bitkisinin sortları: Respublikamızda sarımsaq bitkisinin 2 yerli tezyetişən Cəlilabad və Qusarçay sortları respublikada rayonlaşdırılmışdır.

Sarımsaq əkini və əkinə qulluq
Sarımsaq bitkisi strukturlu, qidalı, kifayət qədər nəmliyi olan torpaqlarda əkilməlidir.

Sarımsaq əkiləcək sahə payızda 27-30 sm dərinlikdə əsas şum, əkindən qabaq isə üzdən şum edilməlidir. Şum qabağı hər hektara 40-50 ton çürümüş peyin, 3-4 sentner superfostat verilir.

Fosfor gübrəsinin payız əkinində verilməsi bitkilərin soyuğa davamlılığını artırır, məhsulun keyfiyyətinə müsbət təsir göstərir və soğanaqların uzun müddət saxlanma qabiliyyəti yüksəldir.
Birinci yemləmə ilk əsl yarpaqlar, ikinci yemləmə soğanaqlar əmələ gəldikdə, üçüncü isə ikincidən 15-20 gün sonra verilməlidir.

Respublikanın  torpaq-iqlim şəraitindən asılı olaraq sarımsağın sentyabr-oktyabr aylarında əkilməsi məqsədəuyğundur.

Cəlilabad sortunun hər hektarından 2800-3000 kq, Qusarçay sortundan isə 2400-2500 kq yüksək reproduksiyalı əkin materialı almaq olar.

Sarımsağın geniş yayılmış xəstəlikləri yalançı unlu şeh (perenosporoz) və dib çürüməsidir. Bu xəstəliklərə qarşı mübarizədə müasir tələb olunan funqisidlərdən istifadə edilir.

Bir hektar sahədə sarımsaq yetişdirilməsinə 15942 manat xərc çəkilmiş 1 kq toxumun maya dəyəri 1,37 manat təşkil edir.

21.12.2024

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

20.12.2024

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

20.12.2024

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib