Heyvandarlıq

Quşçuluq

  • A
  • A
  • A

Respublikada quşçuluğun daha da inkişaf etdirilməsi daima dövlətin diqqət mərkəzindədir. İllik istehsal gücü 55 min ton quş əti və 248.5 milyon ədəd yumurta olan 39 quşçuluq fabrikinin istehsal gücünün genişləndirilməsinə və əlavə olaraq 5 damazlıq, 1 əmtəəlik və 9 broyler fabrikinin istifadəyə verilməsinə son illər ərzində 98 milyon manat güzəştli kredit verilmişdir. 2014-cü ildə respublika üzrə istehsal olunmuş 99.4 min ton quş ətinin 64.0 min tonu (64.4 faizi ), 1562.7 mln ədəd yumurtanın 703.3 mln ədədi (45.0 faizi) sənaye üsulu ilə istehsal olunub.

Bu onu göstərir ki, Ərzaq Təhlükəsizliyinə dair Dövlət Proqramında 2015-ci ildə sənaye üsulu ilə quşçuluq fabriklərində 80 min ton quş əti və 1.3 milyard ədəd yumurta istehsalı proqnozunun yerinə yetirilməsi gözlənilir. Ölkədə keçən il adambaşına 9 kq quş əti istehlak olunub. 
Dünyanın inkişaf etmiş ölkələrində adambaşına orta hesabla 15-16 kq və daha çox quş əti istehlak edilir və maksimum normalara əsasən 280 ədəd yumurta istehlak olunmalıdır.

”Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq respublika ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən dövlət nəzarəti, həmçinin adı çəkilən maddənin 14.7-ci bəndinə əsasən dövlət baytarlıq nəzarətində olan yüklərin idxal-ixracı və tranziti müvafiq ölkələrin epizootik durumu nəzərə alınmaqla, beynəlxalq baytarlıq sertifikatının müşayəti ilə həyata keçirilir. Bunun nəticəsidir ki, respublika ərazisi hal-hazırda heyvanların və quşların təhlükəli yolxucu xəstəliklərinə görə sağlamdır.

Ölkəmizdə sahibkarlığın inkişafına yaradılmış münbit şəraitdən istifadə edən iş adamları tərəfindən respublikaya baytarlıq nəzarətində olan digər ərzaq məhsulları ilə yanaşı quşçuluq məhsulları da gətirilir. Bu işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 66 nömrəli qərarı ilə tənzimlənir.

06.12.2024

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

06.12.2024

Aqrar İnkişaf Könüllüləri “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu”nda təltif ediliblər

05.12.2024

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib