Çoxillik əkmələr

Alma

  • A
  • A
  • A

Almanın Malus Mill. Cinsinə aid olub 50 növü əhatə edir.

Alma dünyanın müxtəlif bölgələrində 3 növü (Mədəni alma, Sibir alması və Yabanı yarpaq alma) mədəni halda becərilir.

Alma bitkisinin tərkibində karbohidratlar, üzvi turşular, yağlar, aşı maddələri, mineral duzlar, zülal maddələri, fermentlər, vitaminlər və bir çox qiymətli maddələr olduğundan insan orqanizminin normal böyüməsi və inkişafı üçün çox zəruridir. Alma bitkisinin tərkibində sortlardan aslı olaraq təxminən 11.0-16.9% quru maddə, 9.6-13.3% ümumi şəkər, 0.18-0.17% turşuluq, 1.37-5.77  % vitamin C vardır.

Almadan kompot, cem, povidlo, lavaşana, marmelad, kvas, şirə, alma qurusu, kisel və s. məmulatlar hazırlanır ki, bunların da insan orqanizmində xüsusilə ürək zəifliyinə, qan azlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına qarşı müalicəvi əhəmiyyəti vardır.


Yer kürəsinin mülayim iqlim qurşağında yerləşən bütün bölgələrdə alma istehsalı üçün əlverişli torpaq-iqlim şəraiti vardır.

Son 20 ildə dünyada alma istehsalı 66,8% artmışdır və hal-hazırda dünyada alma istehsalı 69-70 milyon ton civarındadır.
Dünyada 4875000 ha sahədə alma bitkisi yetişdirilir. Bu sahələrin 3/4 Asiya və Avropa qitələrində yerləşir. Alma istehsalında dünya birincisi olan Çin alma istehsalının 48%-nı həyata keçirir. Son onillikdə əsasən Avropa ölkələri (Polşa istisna olmaqla) və ABŞ-da yeni texnologiyaların, sıx əkin sısteminin tətbiqi və daha məhsuldar sortların istifadəsi nəticəsində bağ əkin sahələri 508,591 hektar (-4,12% ) azalmış, bır hektardan orta məhsuldarlıq 8,15 tondan 14,2 tona yüksəlmiş, yəni 74,22% artmışdır.

Azərbaycanda iqtisadi rayonlar sırasında Quba-Xaçmaz zonası alma istehsalının 72,2%-ni təşkil edir. 

Azərbaycanın torpaq və iqlim şəraiti və dünyanın ən böyük alma idxalçısı olan Rusiya Federasiyası ilə həmsərhəd olması alma istehsalı sahəsində ixracatçı dövlət olmağa tamamilə imkan verir.

Sortları. Dünyada almanın 20 min sortu vardır ki, bunun da 325-dən çoxu MDB-nin meyvəçilik bölgələri üçün rayonlaşdırılmışdır. Cənubi Amerikada yetişdirilən Delişes, Qolden Delişes, Makintos, Aydared və Conaqold, Yeni Zelandiyada yetişdirilən Brayburn və Qala, Avstraliyada yetişdirilən Qrani Smit, Yaponiyada yetişdirilən Fuji və bunların təmsil etdiyi qrupların digər sortları dünya alma istehsalının 50%-dən çox hissəsini təşkil edirlər. Yalnız Delişes, Qolden Delişes və Fuji qruplarından olan dünya alma istehsalında tutduğu yer isə 40%-dən çoxdur (Janick, 2003; Luby, 2003).

 Respublikamızda əsasən  almanın 300-dən çox müxtəlif sortları becərilir. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Respublikamızda əsasən Fəximə, Şirvan reneti, Papirovka, Melba, Yeva yaylıq alma sortları, Azərbaycan,  Sarı Belfler, Qışlıq qızıl parmen, Landsberq reneti payızlıq sortları, Cır Hacı, Sarı turş, Simirenko reneti, Qolden Delişes, Qızıl Əhmədi, Şampan reneti, Red Delişes, Royal red Delişes qışlıq sortları,  Qrani Smit, Fuji, Qolden Delişes x 972, Conaqold, Ağ renet və “Spur”  tipli introduksiya olunmuş sortları becərilir.

Xarici səraitə münasibəti. Alma mötədil iqlim bitkisidir və bu onun qışa və şaxtaya davamlılığına dəlalət edir. Meyvələrin yaxşı yetişməsi üçün yayın sonu və payızın əvvəlində temperaturun yuxarı olması tələb olunur. Şəraitdən asılı olaraq qış dövründə 25-300 və bəzən 35-400 şaxtaya davam gətirir. Alma işığa və rütubətə tələbkar bitkidir. Illik yağıntıların miqdarından asılı olmayaraq vegetasiya dövründə 2-3 həftədən artıq müddətdə yağıntı olmadıqda bitkilər mütləq suvarılmalıdır.

Artırılması. Alma bitkisi iki üsulla-toxumla və vegetativ üsulla çoxaldılır. Keyfiyyətli meyvə tingləri yetişdirilməsində standarta malik calaqaltıların böyük əhəmiyyəti vardır. Ona görə də tingliyin 1-ci tarlasına daha yaxşı inkişaf etmiş calaqaltılar əkilməlidir.

Bağın salınması və qulluq. Yeni bağ salmaq üçün ərazinin iqlimi isti mötədil olub, kəskin dəyişməməli, küləkli günlərin, isti və şaxtalı günlərin nəmlik çatışmazlığı, eləcə də çiçəklənmə dövründə dumanlı günlərin miqdarı az olmalı və artiv temperaturlar cəmi yüksək olmalıdır. Bağ əkiləcək yerin relyefi düzən, zəif maili (50-dək), və ya mailliyi 100-150-dək olan yamaclar olmalıdır.

Erkən yazda salınacaq bağ üçün şum altına 30-40 ton peyin, təmin olunma dərəcəsindən aslı olaraq təsiredici maddə hesabı ilə 120-180 kg fosfor 90-120 kg kalium gübrələri verilməlidir. Əkiləcək bitkilərin qida sahəsi 4x3; 5x3; 6x4; 7x5; 8x6m götürülür. Bağ salmaq üçün əsas etibarı ilə, sağlam, elit və standartlara  cavab verən əkin materialı (bir və ikiillik alma tingləri) istifadə olunur.

4x1 və 4x1.25 sxemi ilə yeni alma bağının salınması zamanı damla üsulu, dayaq sistemlərinin quraşdırılması və tingin alınmasını nəzərə alaraq 30000-34000 manat, digər əkin sxemlərində suvarma və dayaq sistemləri quraşdırılmadan 8000-11000 manat vəsait tələb olunur.Intensiv tipli alma bağından yüksək məhsul əldə etməklə hər hektardan 5000-5500 manat mənfəət alınır. Rentabellik səviyyəsi 55%-dən çox olur.

Azərbaycanda alma istehsalının artırılması və ixracı üçün bağların sahəsinin 50 min ha çatdırılması, bağsalmada superintensiv tipli  bağların dəstəklənməsi,mövcud alma bağlarının intensivləşdirilməsi, alma istehsalı üçün emal, paketləmə və depolama bazasının gücləndirilməci və dövlət himayəsinə götürülərək ixracın subsidiyalaşdırılmasının əhəmiyyəti böyükdür.

07.11.2024

“Zəfər” futbol turnirinə yekun vurulub

06.11.2024

Aqrar Sığorta Fondu və Lənkəran Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb

05.11.2024

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində şəhid övladları üçün aqrotur təşkil olunub