Çoxillik əkmələr

Heyva

  • A
  • A
  • A

Heyvanın Cydonia L. cinsindən olub. monofiletik mənşəli bitkidir. Yalnız bir növü vardır - Adi heyva (C.oblonga L.). Bütün mədəni heyva sortları bu növdən törəmişlər. Orta boylu (5m), geniş çətirli kol tipli ağacdır. Gövdəsi  bozumtul qara rəngli olub, yaşlandıqca qabığı parça-parça tökülür. Tumurcuqları və zoğları xırda tükcüklərlə örtülür. Yarpaqları iri, geniş yumurtavari formalı, alt tərəfdən tüklüdür. Çiçəkləri iri, tək-tək yerləşən, açıq çəhrayı rənglidir. Çiçəklər zoğ üzərində əmələ gəlir. Meyvələri iri (200-450 q və daha çox), yumru, armudvari formalıdır. Meyvə qabığı yaşıl, yaşılımtıl-sarı, sarı, qəhvəyi-sarı rəngli olur. Üzəri sıx pənbəlidir. Ləti ağ, sarı, yumşaq və ya bərk olur. Daşlaşmış hüceyrələri çoxdur.

Meyvələrində 8-11% şəkər, 0.85-2%-dək turşular, 1.78% pentozalar, 0.42%-0.66%-dək dabbaq maddələri, 0.33% pektin və protopektin, müxtəlif vitaminlər vardır. Meyvəsindən cem, jel, marmelad, şirə və.s məmulatların hazırlanmasında istifadə olunur.

Meyvələri təzə və emal olunmuş halda istifadə edilir. Heyva yarpaqlarından boya və kosmetika sənayesində, tibbdə də dərman istehsalında istifadə edilir.

Heyva bitkisi, əsasən Orta Asiya, Güney Qafqaz, Krım və Şimali Qafqazda becərilir. Qədim dövr bitkilərindəndir. Əldə olan məlumatlara görə mədəni halda becərilməsi 4 min ildən artıqdır.

Dünyada 69600 ha sahədə heyva bitkisi yetişdirilir ki, bununda 21000 ha Çinin payına düşür. Dünyada istehsal edilən 559800 ton heyvanın 22,8% Türkiyə, 21,4% Çinin payına düşür. Heyva  istehsalına görə Türkiyədən sonrakı yerləri Çin, İtaliya, və İran tutur.

Azərbaycanda iqtisadi rayonlar sırasında Şəki-Zaqatala iqtisadi zonası heyvan istehsalının 29%-ni təşkil edir. 

Sortları. Heyva sortları Azərbaycanda olduqca çoxdur. Bunlar yetişmə müddətinə, formasına, lətin bərk və kövrəkliyinə görə fərqlənirlər. Respublikamızda əsasən Cardam, Qara heyva, Qaraman heyva, Sarı heyva, Pensər, Vələçin sortları becərilir.

Xarici səraitə münasibəti. Heyva cənub, mülayim qurşaq bitkisi olduğundan istiyə tələbkardır. Lakin, cənub bitkilərinin çoxundan şaxtaya daha davamlıdır. Təsadüfi deyil ki, heyvanın bir sıra sortları Həştərxan və Volqoqrad vilayətlərində müvəffəqiyyətlə becərilir.

Işığa və rütubətə tələbkardır. Heyva yaxşı rütubətlənmiş gillicəli torpaqları çox sevir. Yüngül torpaqlarda məhsula tez düşür, lakin məhsuldarlıq aşağı olur. Münbit, ağır torpaqlarda isə məhsula gec düşməsinə baxmayaraq uzun müddət və bol məhsul verir.

Heyva calaq, basma, çilik və kök pöhrələri ilə artırılır. Calaqaltı məqsədilə, heyva toxmacarlarından istifadə edilir. Toxumlar yetişmiş meyvələrdən tədarük edildikdən sonra 50-60 gün müddətinə stratifikasiya edilir və açıq sahəyə səpilir. Son vaxtlar sıx əkinlərdə qondarma göz calağı da tətbiq edilir. Heyvanı odunlaşmış və ya yaşıl çiliklərlə də artırmaq mümkündür.

Bağın salınması və qulluq. Heyva bağı üçün sahə, digər meyvə bitkilərində olduğu kimi hazırlandıqdan sonra, tinglər payızda və ya erkən yazda, düzbucaqlı əkin sxemi ilə, cərgəarası 5 m, bitkiarası 3-4 m olmaqla əkilir. Heyvanın torpaq münbitliyinə və rütubətə tələbini nəzərə alaraq sahə vaxtında gübrələnməli və suvarılmalıdır. Heyva bağının orta hesabla hər hektarına iki ildən bir 30-40 t peyin və hər il təsiredici maddə hesabı ilə 90-120 kg fosfor, 60-90 kg kalium, 60-90 kg azot gübrələri verilir.

Yeni heyva bağının salınması üçün 5x4 m, 5x5 m sxemlər üzrə 6419 manatdan 6030 manata qədər vəsait tələb olunur. 1 hektar heyva bağından orta hesabla 280-300 sentner məhsul yığılarsa həmin sahədən 5000-5500 manat mənfəət əldə etmək olar. Rentabellik səviyyəsi isə 69% təşkil edir. 

17.10.2019

İstanbul Universitetinin müəllimi ADAU-da təcrübə dərsləri keçir

16.10.2019

Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb

16.10.2019

Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib